Prezident Asəf Hacıyevi təltif etdi

13:13 - 29 May 2026 - Xəbər

Asəf Hacı oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Xatırladaq ki, mayın 29-da A.Hacıyevin 75 yaşı tamam olur. O, Milli Məclisin I, II və III çağırışının deputatı olub. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibidir.

Xəbər xətti