Bakıda 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarını bitirib

13:39 - 1 İyun 2026 - Cəmiyyət

Bakıda 21 384 uşaq məktəbəhazırlıq qruplarını bitirib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbəhazırlıq qrupunda 21 521 uşaq məşğələyə cəlb olunub.

Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.

Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri keçirilib.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Xəbər xətti