İsrail Müdafiə Qüvvələri (İMQ) Livandan atılan bir neçə raketin ələ keçirildiyini bildirib.
Ucnoqta.az bildirir ki, İMQ-nin Mətbuat Ofisi bu barədə məlumat verib.
Qeyd olunur ki, İsrailin şimalındakı bir neçə ərazidə hava hücumu sirenləri səsləndikdən sonra Livandan İsrail ərazisinə doğru bir neçə raketin atıldığı aşkar edilib. Raketlərin bəziləri ələ keçirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb.