Rusiyada kütləvi zəhərlənmə - 34 nəfər ...

00:05 - 1 İyun 2026 - DÜNYA

RF Pyatiqorskda kafedə qida zəhərlənməsi nəticəsində 34 nəfər xəstəxanaya yerləşdirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər meri Dmitri Voroşilov məlumat verib.

O,qeyd edib ki, xəstəxanaya yerləşdirilən xəstələrin ümumi sayı 34-ə çatıb. Beş nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.

"Mao Bao kafesinə baş çəkdikdən və ya oradan yemək çatdırılmasını aldıqdan sonra özünü pis hiss edən hər kəsə həkimə müraciət etməyi tövsiyə edirəm", - Voroşilov əlavə edib.

Xəbər xətti