Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) dron hücumu əsas nüvə təhlükəsizliyi prinsiplərini təhlükə altına qoyur; bu cür hadisələr dayandırılmalıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi agentliyin rəsmi Facebook səhifəsində bildirib.
Baş direktor Qrossinin sözlərinə görə, dünənki hücum əsas nüvə təhlükəsizliyi prinsiplərini təhlükə altına qoyan ciddi bir hadisə idi. Nüvə obyektlərinə hücumlar qəbuledilməzdir və nüvə qəzasının çox real riskinin qarşısını almaq üçün dayandırılmalıdır", - deyə bəyanatda bildirilir.