Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.
Ucnoqta.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları qarşılaşıb.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən qalib penaltilər seriyasında məlum olub. PSJ daha dəqiq olaraq qalib gəlib.
30 may
UEFA Çempionlar Liqası
Final
20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 4:3)
Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"