Bakıda Nəcəfqulu Rəfiyev küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xətlənmənin düzgün edilməməsi ilə bağlı yayılan görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər AYNA-nı tənqid edərək şəhərin bəzi küçələrində də qarışıq xətlənmənin aparıldığını qeyd ediblər.
Ucnoqta.az xəbər verir ki, AYNA-dan verilən açıqlamaya görə, Nəcəfqulu Rəfiyev küçəsi və Xocalı prospektinin kəsişməsində əvvəllər iki zolaq mövcud idi:
"Hər iki istiqamət üzrə zolaqların enini standartlara uyğunlaşdırmaqla sayı 2-dən 3-ə çatdırılıb və avtomobillərin intensivliyinə uyğun zolaqların istiqamətləri müəyyən edilib. Bu həll sözügedən küçədə sıxlığı azaltmağa kömək edib.
Videoda da göründüyü kimi, ərazidə “zolaqlar üzrə hərəkət” yol nişanı quraşdırılıb".