Avroliqa oyunu keçirmək istəyən Tovuz stadionu matçdan sonra BU GÜNƏ DÜŞDÜ - FOTO

16:40 - 11 May 2026 - Xəbər

Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz " "Karvan-Yevlax"ı məğlub edərək avrokuboklara vəsiqəni təmin edib. Komanda 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıb.  32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan Tovuz təmsilçisinin turnirdəki ev oyunlarını doğma meydanda keçirmək istəyir.

Ucnoqta.az xəbər verir ki, avroliqa oyununu Tovuzda keçirilməsini istəyən tovuzlu azarkeşlər stadionu zibilləyib. Belə ki, ötən gün oyun bitdikdən sinra stadionadan yayılan fotolarda oturacaqlar arasında sellofan paketlər, tum qalıqları, siqaret qutusu və kötükləri ilə dolu olub.

Bu görüntülər sosial şəbəkədə narazılıqla qarşılanıb. Qeyd edək ki, daha əvvəllər də keçirilən oyunlardan sonra da Tovuz stadionunun belə görüntüləri yayılmışdı.


Xəbər xətti