Hörmüz boğazında İranın iki gəmiyə hücumu dəf edilib

10:53 - 6 May 2026 - DÜNYA

ABŞ hərbi qüvvələri bazar ertəsi günü Hörmüz boğazından keçən iki ABŞ ticarət gəmisində olublar.

Ucnoqta.az xəbər verir ki, NBC News bu barədə Pentaqon mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İran hər iki gəmiyə raketlər və dronlardan istifadə etməklə atəş açıb, lakin ABŞ hərbi qulluqçuları hücumları dəf edib və bir neçə kiçik qayığı batırıb. Qeyd edilir ki, bu, ABŞ hərbi qulluqçularının Hörmüz boğazından keçən ticarət gəmilərində birbaşa olması ilə bağlı ilk məlum haldır.

Pentaqon ABŞ ordusunun hərəkətlərini məqbul təhlükəsizlik tədbirləri adlandırıb.

Xəbər xətti