İsrail ordusu Livanın cənubundakı "Hizbullah"a məxsus infrastruktura yeni zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, İDF mətbuat xidməti bu barədə məlumat verib.
Açıqlamaya görə, 6 mayda Livanın cənubundakı bir neçə ərazidə 15-dən çox "Hizbullah" hədəfinə hücum edilib.
Hücumlar silah anbarlarına, silah istehsalı sahələrinə, buraxılış qurğularına, qərargahlara və hərbi məqsədlər üçün istifadə edilən digər obyektlərə yönəlib.
İDF bildirib ki, 7 may səhəri Livanın cənubunda fəaliyyət göstərən İsrail qoşunları "Hizbullah"ın yenidən atəşinə məruz qalıb.
Onların istiqamətində bir neçə raket atılıb, lakin İsrail tərəfində itkilər barədə məlumat verilməyib.