Eldar Əzizov işdən çıxardığı rəisi yüksək vəzifəyə təyin etdi

12:07 - 6 May 2026 - Xəbər

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində yeni təyinat olub.

Ucnoqta.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
Əmrə əsasən, Yaşar Salahov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunun müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o bu təyinatadək Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su Quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər xətti