"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Futbol Liqasının 30-cu turunun ev oyununda "Əl-Əhli"ni 2-0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, qolları Kriştiano Ronaldo (76-cı dəqiqə) və Kinqsli Koman (90-cı dəqiqə) vurublar.
Bu qol Ronaldonun karyerasındakı 970-ci qolu olub. Portuqaliyalı hücumçu futbol tarixində ən çox qol vuran oyunçudur.
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı Futbol Liqasının turnir cədvəlinə 79 xalla başçılıq edir. "Əl-Əhli" 66 xalla üçüncüdür. Növbəti turda "Əl-Nəsr" mayın 3-də səfərdə "Əl-Qadisiya" ilə oynayacaq.