Yarışda qəzaya düşən velosipedçi vəfat edib

09:27 - 25 Aprel 2026 - Xəbər

Kolumbiyalı velosipedçi Kristian Kamilo Munoz yarış zamanı qəzaya uğradıqdan bir neçə gün sonra vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kolumbiya Velosiped Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Munozun 30 yaşı var idi. Hadisə 18 apreldə Fransada keçirilən Tour du Jura yarışı zamanı baş verib.
İdmançı diz zədəsi alıb, lakin həkimlər tezliklə müalicəsi çətin olan və əlavə tibbi yardım tələb edən infeksiya aşkar ediblər. Son günlərdə onun vəziyyəti kəskin şəkildə pisləşib.

Xəbər xətti