Kolumbiyada piyada körpüsü açılış mərasimi zamanı çökdü

21:26 - 23 Aprel 2026 - DÜNYA

Kolumbiyada yeni piyada körpüsü açılış mərasimi zamanı çaya çöküb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Need To Know məlumat yayıb. 85 metrlik körpünün Baqadonun mərkəzini və San Marino kəndini birləşdirməli olduğu bildirilirdi. Qəza zamanı yerli sakinlər mer Marinela Palomeque Serna ilə birlikdə körpünün üzərindən keçirdilər. Körpü təhlükəli şəkildə yellənməyə başladı, sonra kabellər qırıldı və insanlar suya düşdü.

Şahidlər körpünün çökməsini videoya çəkiblər. 

Hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb. Nəzərdən keçirilən nəzəriyyələrdən biri də körpünün üzərində eyni vaxtda çox sayda insanın olması səbəbindən tutumunun aşmasıdır. 

Xəbər xətti