Çinin "Tianwen-3" zondu istifadə edərək, Mars torpaq nümunələrini 2031-ci ildə Yerə qaytarmağı planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik Administrasiyasına istinadən Sinxua xəbər agentliyi məlumat verib.
Zond bir neçə cihazla təchiz olunacaq: Marsda həyat izlərini axtarmaq və onun səthinin mineral tərkibini təyin etmək üçün hazırlanmış PEX spektrometri; atmosfer sızmasını öyrənmək üçün molekulyar ion analizatoru; və su buxarının izotop tərkibini və külək sahəsini öyrənmək üçün lazer heterodin spektrometri. Zond həmçinin hiperspektral kamera ilə təchiz olunacaq.