İran milli futbol komandasının 2026-cı il Dünya Kubokuna "tam hazır" olduğunu elan edib.
Ucnoqta.az xəbər verir ki, Associated Press agentliyinin məlumatına görə, hökumət sözçüsü Fatimə Mühacərani İran dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, İran milli futbol komandası ABŞ-da keçiriləcək Dünya Kuboku oyunlarında "layiqli və uğurlu iştiraka" hazırlaşır.
Mühacərani bildirib ki, Gənclər və İdman Nazirliyi nazirin əmrlərinə əsasən milli futbol komandamızın 2026-cı il ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirak etməyə tam hazır olduğunu elan edib.
Hərbi münaqişə səbəbindən İran çempionatı dayandırılıb, lakin komanda bu həftə Tehranda məşq keçirib.