Jalə Əliyeva medal qazanıb

22:37 - 24 Aprel 2026 - İDMAN

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Ucnoqta.az xəbər verir ki, 57 kiloqramda çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belaruslu Arina Demçankaya (UWW) "tuş"la qalib gəlib.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. İndiyədək yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar. Qadınların güləşində isə Günay Qurbanova (59 kiloqram) Avropa üçüncüsü olub.

Xəbər xətti