Kritdə 5,5 bal gücündə zəlzələ baş verib

07:37 - 24 Aprel 2026 - DÜNYA

Yunanıstanın Krit adası sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri 17 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə məlumat verilməyib.

Xəbər xətti