Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz daşınması və saxlanılması ilə məşğul olan şəxslər saxlanılıblar.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər zamanı Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.