Yunanıstan məhkəməsi "Mançester Yunayted"in futbolçusu Harri Maquayrı 2020-ci ilin avqust ayında yerli barda dava etdiyinə görə 15 ay şərti cəzaya məhkum edib.
Ucnoqta.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, oyunçu hücum, həbsə müqavimət və rüşvət verməyə cəhd ittihamları ilə üzləşib və hər üç maddə üzrə təqsirli bilinib.
Maquayrın komandası hökmdən apelyasiya şikayəti verəcək.
32 yaşlı Maquayr bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyun keçirib və bir qol vurub. O, "Mançester Yunayted"lə FA Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.