Mənşəyi məlum olmayan pilotsuz təyyarə Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında vurulub.
Ucnoqta.az bildirir ki, bu barədə Shafaq News portalı məlumat verib.
Portalın məlumatına görə, pilotsuz təyyarənin hədəfi hava limanının yaxınlığında yerləşən və ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq alyansın qüvvələri tərəfindən istifadə edilən hərbi baza ola bilər. Hadisə zamanı hərbi obyektə zərər dəyməyib.