SEPAH generalı bölgənin bütün iqtisadi mərkəzlərinə zərbə endirməklə hədələdi

00:01 - 4 Mart 2026 - DÜNYA

İran İslam Respublikasına daha çox ziyan dəyərsə, Yaxın Şərqin əsas iqtisadi mərkəzlərinə zərbə endirə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müşaviri general İbrahim Cabari İSNA-ya bildirib.

"Düşmənə dedik ki, əgər onlar əsas hədəflərimizə zərər verməyə cəhd etsələr, regionun bütün iqtisadi mərkəzlərinə zərbə endirəcəyik. Onlara bildirin ki, biz bunu edəcəyik" - SEPAH generalı qeyd edib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar.

Xəbər xətti