Paytaxt yollarında tıxac - SİYAHI

18:22 - 3 Mart 2026 - AVTO

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

9. Babək prospekti, mərkəz istiqamətində;

10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

12. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

14. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

15. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

18. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

19. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

20. Heydər Əliyev prospekti, köməkçi yol, "Koroğlu" m/st istiqamətində;

21. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;

22. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti