Yaxın Şərqdəki ABŞ ordusunun İrana mümkün hücumda istifadə edilə biləcək 450-dən çox "Tomahawk" qanadlı raketi var.
Ucnoqta.az xəbər verir ki, NBC News bu barədə ABŞ rəsmisinə və ictimaiyyətə açıq Pentaqon məlumatlarına istinadən məlumat verib.
Rəsmi şəxsin sözlərinə görə, bu raketlər regiondakı döyüş gəmilərində yerləşdirilir və ABŞ prezidenti Tehrana qarşı hərbi əməliyyatı təsdiqləyərsə, İslam Respublikasına zərbə endirmək üçün istifadə edilə bilər.
Onun sözlərinə görə, ötən həftə Yaxın Şərqə gələn "USS Abraham Lincoln" təyyarədaşıyan zərbə qrupu hazırda İrana hücum etmək üçün istifadə edilə biləcəyi yerə gedir.
Bu arada ABŞ administrasiyasının iki rəsmisi təxminən 10 ABŞ döyüş gəmisinin, hava eskadrilyalarının və F-15 və F-35 qırıcı təyyarələrinin artıq ərazidə olduğunu bildirib.