Kuba hakimiyyəti Trampla bağlı açıqlamalarında daha diqqətli olmalıdır - Ağ Ev

00:07 - 6 Fevral 2026 - DÜNYA

ABŞ administrasiyası hesab edir ki, Kuba hökuməti ABŞ prezidenti Donald Trampla bağlı açıqlamalarında daha diqqətli olmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt müntəzəm mətbuat brifinqində bildirib.
"Kuba hökumətinin iflasa uğradığını, bütün ölkənin dağılmaq üzrə olduğunu nəzərə alsaq, onlar ABŞ prezidenti ilə bağlı açıqlamalarında daha ağıllı olmalıdırlar. Amma dediyim kimi, Prezident həmişə diplomatik səylər göstərməyə hazırdır. Və inanıram ki, Kuba hökuməti ilə baş verənlər məhz budur", - deyə Ağ Evin mətbuat katibi əlavə edib.

Xəbər xətti