Uitkoff və Kuşner iranlılarla danışıqlar aparmaq üçün Omana səfər edəcəklər - Ağ Ev

00:00 - 6 Fevral 2026 - DÜNYA

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner 6 fevralda keçirilməsi planlaşdırılan İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Omana səfər edəcəklər.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt bu barədə mətbuat brifinqində ABŞ-nin İranla təmasları ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"Xüsusi elçi Uitkoff və Cared Kuşner bu danışıqlar üçün sabah Omana səfər edəcəklər. Görək nə olacaq. Prezident nəticə ilə balı hesabat gözləyəcək", - deyə o, qeyd edib.

Xəbər xətti