Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə danışıqlar başa çatdı.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) mətbuat katibi Diana Davityan məlumat verib.
Üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub.
İkinci mərhələ 4-5 fevral tarixlərində BƏƏ-nin paytaxtında keçirilib.