Mingəçevirdə çörək zavodunun əməkdaşı vəfat edib.
Ucnoqta.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Samux küçəsində yerləşən çörək zavodunda baş verib.
1975-ci il təvəllüdlü Rəhman Əhmədov iş yerində qəfil keçinib. İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.