ABŞ vətəndaşlarını dərhal İranı tərk etməyi çağırdı

08:14 - 6 Fevral 2026 - DÜNYA

Dövlət Departamenti ABŞ vətəndaşlarına İranı dərhal Ermənistan və ya Türkiyə vasitəsilə tərk etməyə çağırdı.

Ucnoqta.az xəbər verir ki, dərc olunmuş tövsiyədə ABŞ Dövlət Departamenti bir daha amerikalıların İranı dərhal tərk etməli olduqları barədə xəbərdarlıq edib. Sənəddə vurğulanır ki, "aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmağa və ya ləğv etməyə davam edir".

Tövsiyədə deyilir ki, ABŞ vətəndaşları internetdə daha çox fasilələr gözləməli, alternativ rabitə vasitələrindən istifadə etməyə hazırlaşmalı və təhlükəsiz olduğu təqdirdə İranı Ermənistan və ya Türkiyə vasitəsilə tərk etməyi düşünməlidirlər.

Xəbər xətti