Mütəxəssislər Şimali Kuril adaları yaxınlığında 4,9 bal gücündə zəlzələ qeydə alıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.
Xidmətin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 12:20-də 15 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin gücü 4,9 bal olub.