Azərbaycanda nazirə yeni müavin təyin edildi

17:08 - 16 Aprel 2026 - Xəbər

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Müslüm Əli oğlu Cabbarzadə Naxçıvan iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, rəis vəzifələrini icra edib.///apa

Xəbər xətti