AFFA "Qarabağ" klubunu cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Qərara əsasən, Ağdam təmsilçisinin dörd futbolçusunun Misli Premyer Liqasının XXVII turunda "Şamaxı" ilə oyunda sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.