Britaniya korporasiyası olan BBC 2000-ə qədər işçisini ixtisar etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times (FT) xəbər verib.
Qeyd olunur ki, BBC-də təxminən 21.500 nəfər işləyir. Buna görə də, ixtisarlar təxminən hər 10-cu işçiyə aid ediləcək.
FT-yə görə, bu tədbir əhəmiyyətli maliyyə təzyiqi fonunda korporasiyanın xərclərin azaldılması planlarının bir hissəsidir.
BBC həmçinin işə qəbul, səyahət və müxtəlif tədbirlərə xərcləri məhdudlaşdırmağı planlaşdırır.