Ermənistan Parlamenti ikinci və son oxunuşda Audiovizual Media haqqında Qanuna ölkənin daxili işlərinə "müdaxilə əlamətləri" olan xarici proqramların ictimai televiziyada yayımlanmasını qadağan edən düzəlişləri təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan komitə iclasında bildirib.
Nazir qeyd edib ki, qanun layihəsi tənzimləyici dövlət orqanına müharibəyə çağırış, eləcə də Ermənistanın daxili işlərinə müdaxilə meyarlarını müəyyən etmək səlahiyyəti verəcək.
Qəbul edilmiş düzəlişlərə və dəyişikliklərə əsasən, audiovizual proqramların [yayımının] qadağan edilməsi üçün hallar müəyyən ediləcək və daxili işlərə müdaxilə edən materialların yayımlanması qadağan ediləcək.