Papua Yeni Qvineyanın şərqində baş verən sürüşmə nəticəsində ən azı 10 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yeni Zelandiya Radiosu məlumat verib.
Qeyd olunur ki, hadisə materikin şimal-şərqində, Yeni Britaniya adasında yerləşən Şərqi Yeni Britaniya əyalətində baş verib.
Sürüşmə uzun müddət davam edən güclü yağışlar və daşqınlardan sonra Ceyran kəndinə dəyib.
Qeyd olunur ki, hələ də itkin düşmüş insanların dağıntılar altında qalması ehtimalı var və bu da ölənlərin sayını artıra bilər. Xilasetmə xidmətləri hadisə yerində işlərini davam etdirir.