İlkin araşdırmadan sonra Liviya Baş Prokurorluğu keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın güllə yarasından öldüyünü təsdiqlədi.
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Facebook səhifəsində dərc etdiyi açıqlamada deyilir.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açmaq üçün dəlil axtarmağa, şübhəli şəxsləri müəyyən etməyə və lazımi sənədləri hazırlamağa başlayıb.