Litvanın Zoknyai Hava Bazasında rotasiya qaydasında yerləşən NATO qırıcı təyyarələri yanvar ayında Baltikyanı respublikanın hava məkanı yaxınlığında Rusiya hərbi təyyarələrini yeddi dəfə müşayiət edib.
Ucnoqta.az xəbər verir ki, Litva Müdafiə Nazirliyi bu barədə məlumat verib.
Qeyd olunur ki, ilk müşayiət yanvarın 5-də baş tutub. Daha sonra qırıcı təyyarələr həftədə bir-üç dəfə havaya qalxıblar.
NATO qüvvələri oktyabr ayında 15, noyabr ayında 11 və dekabr ayında 13 dəfə bundan istifadə ediblər.