General-mayor bu rayona prokuror təyin edildi

14:08 - 2 Fevral 2026 - Xəbər

Tərtər rayonuna yeni prokuror təyin edilib.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, respublika hərbi prokurorunun sabiq müavini, ədliyyə general-mayoru Fuad Məmmədov rayona prokuror göndərilib.

Qeyd edək ki, Tərtərin əvvəlki prokuroru Əli Qurbanov bir neçə gün əvvəl eyni rayonun hərbi prokuroru təyin olunub.

Xəbər xətti