Üç ildən sonra ilk kommersiya uçuşu Sudanın paytaxtı Xartum hava limanına eniş edib.
Ucnoqta.az bildirir ki, bu barədə RFI radiostansiyası məlumat verib.
"Sudan Airways" milli aviaşirkəti tərəfindən idarə olunan təyyarə Port Sudandan Xartuma gəlib. Təyyarədə olan sərnişinlər arasında Baş nazir Kamil İdris də olub.
Sudan Mülki Aviasiya İdarəsi uçuşu tarixi adlandırıb, çünki paytaxt hava limanı 2023-cü ilin aprelində silahlı münaqişənin başlanması ilə fəaliyyətini dayandırıb.
Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib.