Yazıçıya qanunla yaxşı yazmaq tələbini necə qoymaq olar? Yaxud, yazıçını necə, nə ilə cəzalandırmaq olar?
Ucnoqta.az xəbər verir ki, bunu akademik Nizami Cəfərov media nümayəndələri üçün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyası zamanı deyib.
Onun sözlərinə görə, mədəniyyət haqqında qanun hüquqi dildə danışmağı bacarmalıdır:
"Əks halda, heç bir effekt almaq mümkün deyil. Artıq bu yeni konsepsiya hüquqi dildə cavab verə bilir. Mədəniyyət məsələlərini hüquqi müstəviyə, riyazi dilə, alqoritmlərə gətirmək qəliz məsələdir. Bu konsepsiya çərçivəsində bəzi məsələlər yenidən baxılmalıdır. Yazıçının məhsulunun prodüser vasitəsiylə satışı, tanıdılması həll edilməlidir. Yazıçı öz kitabını küçədə sata bilməz".