Aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlandı

11:33 - 30 Yanvar 2026 - ÖLKƏ İÇİ

2025-ci ilin dekabr ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 877,7 min nəfərdən çox olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilir ki, onların 471,1 min nəfərdən çoxunu aylıq sosial müavinət, 406,6 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 156 min nəfərdən çox olub. Onların 32,93%-ni kişilər, 67,07%-ni isə qadınlar təşkil edib.

Xəbər xətti