Starmer Şanxaya getdi

11:30 - 30 Yanvar 2026 - DÜNYA

Böyük Britaniyanın Baş naziri Keir Starmer 28-31 yanvar tarixlərində Çinə səfəri çərçivəsində Pekindən Şanxaya gəlib.

Ucnoqta.az xəbər verir ki, Şanxayın Jiefang Ribao qəzetinin məlumatına görə, British Airways şirkətinin xüsusi reysi Honqyao Beynəlxalq Hava Limanına eniş edib.

Starmerin Çin Kommunist Partiyasının Şanxay Bələdiyyə Komitəsinin katibi Çen Cininq və biznes liderləri ilə görüşməsi gözlənilir.

Starmer səkkiz il ərzində Çinə səfər edən ilk Britaniya baş naziri olub.

29 yanvarda o, Çin prezidenti Si Cinpin və Baş nazir Li Qianq ilə danışıqlar aparıb. 

Xəbər xətti