Benzema "Əl-İttihad"da oynamaqdan imtina edib

00:02 - 30 Yanvar 2026 - İDMAN

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda oynayan fransız hücumçu Kərim Benzema, klubun müqaviləsini yeniləmək təklifi səbəbindən klubda oynamaqdan imtina edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.

Məlumata görə, klub Benzemaya hazırkı maaşından xeyli aşağı maaş təklif edib. Onun klubla müqaviləsi iyun ayında başa çatır.

38 yaşlı Benzema 2023-cü ildən "Əl-İttihad"da oynayır və 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionluğunu qazanan komandanın üzvü olub.

Xəbər xətti