Fransa İrana qarşı sanksiyaları dəstəkləyəcək

11:50 - 29 Yanvar 2026 - DÜNYA

Fransa hökumət əleyhinə etirazları yatırdıqlarına görə bir neçə İran rəsmisinə və təhlükəsizlik rəsmisinə qarşı yeni AB sanksiyalarının tətbiq edilməsinə səs verəcək və həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını dəstəkləyəcək.

Ucnoqta.az xəbər verir ki, Fransa xarici işlər naziri Jan-Noel Barro bunu Brüsseldə AB xarici siyasət rəhbərlərinin görüşünə gələrkən açıqlayıb.

Barrotun sözlərinə görə, bu sanksiyalar AB-yə girişi qadağan ediləcək və maliyyə aktivləri dondurulacaq 20-dən çox şəxs və quruma aiddir.

Buraya SEPAH üzvləri, İran hökumətinin üzvləri, prokurorlar və polis rəhbərləri daxildir. 

Fransa bununla da dinc etirazların yatırılmasına və fəalların edam edilməsinə qarşı olduğunu bildirir.

Xəbər xətti