Kolumbiyada 15 nəfərin olduğu təyyarə ilə əlaqə kəsilib

00:45 - 29 Yanvar 2026 - DÜNYA

Kolumbiya aviasiya orqanları Satena şirkətinin idarə etdiyi daxili reysi ilə əlaqəni itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin X-də dərc olunmuş açıqlamasında bildirilib.

Aviaşirkətin məlumatına görə, SEARCA tərəfindən idarə olunan HK4709 qeydiyyat nömrəli "Beechcraft 1900" təyyarəsində 15 nəfər olub: 13 sərnişin və iki heyət üzvü. 

 Təyyarənin yerini müəyyən etmək üçün Kolumbiya Aerokosmik Qüvvələrinin İdarəetmə Mərkəzi və Mülki Aviasiya İdarəsi ilə əlaqələndirilmiş şəkildə axtarış əməliyyatları aparılır.

Xəbər xətti