Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisi Nərmin Xudaverdiyevadan üzr istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nərmin Xudaverdiyeva özü açıqlama yayıb.
O, bildirib ki, polis azərbaycana sosial şəbəkə vasitəsilə müarciət etmişdi. O zamandan məsələnin qanuni həll olunması üçün heç bir açıalama verməmişdi:
"Dünən Nərimanov Rayon Polis İdarəsinə dəvət olundum. Mən gedənə qədər Rüstəm Orucov etdiyi əməllər inkar etsə də, Nərimanov Rayon Polis İdarəsində törətdiyi əməlləri boynuna alıb və yazılı surətdə etdiyi əməldən peşman olduğunu bildirmişdi.
Rüstəm Orucov anamdan və məndən üzr istəyərək, gələcəkdə bir də belə hallara yol verməyəcəyini bildirdi. Buna görə də şikayətimi geri götürdüm".