"Tarqovı"da hoteldə meyit tapıldı

12:07 - 28 Yanvar 2026 - HADİSƏ

Bakının mərkəzindəki hotellərin birində meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, yanvarın 27-si saat 23 radələrində Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Alıyevin meyiti “Tarqovı” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. ///Qafqazinfo

Xəbər xətti