Tikinti işləri ilə əlaqədar olaraq bu gündən Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat yayıb.
Hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
Sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.