Bu gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun son oyunları keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərə nəhəngi "Liverpul" ilə qarşılaşacaq. "Enfild" stadonunda keçiriləcək matş Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Hazırda "Qarabağ" turnir cədvəlində 10 xalla 18-ci, "Liverpul" isə 15 xalla 4-cüdür.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 8-ci tur
00:00. "Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç
VAR: Pol van Boekel
AVAR: Yan Boterberq
"Enfild" stadionu, Liverpul, İngiltərə.