İtaliya Tehrandakı diplomatik nümayəndəliyindəki işçilərinin sayını əhəmiyyətli dərəcədə azaldır və onların əksəriyyəti geri qayıdacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Ötən gün İtaliya xarici işlər naziri və Baş nazirin müavini Antonio Tajaninin sədrliyi ilə böhran qrupunun iclası keçirilib və qərar qəbul edilib.
Görüşdə İtaliyanın Tehran, Təl-Əviv və Vaşinqtondakı səfirləri, eləcə də Brüsseldəki daimi nümayəndəsi iştirak edib.